
BAKI, 6 aprel. TELEQRAF
Son 24 saat ərzində İsrailin Qəzza zolağı boyunca həyata keçirdiyi hücumlarda ən azı 46 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrailin martın 18-də atəşkəs razılaşmasını pozmasından bəri ən azı 1,309 nəfər ölüb, 3,184 nəfər yaralanıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də müharibə başlayandan bu yana ölən fələstinlilərin ümumi sayı isə 50 mini ötüb.