BAKI, 30 mart. TELEQRAF

Suriyanın müvəqqəti rəhbərliyi Nazirlər Kabinetini formalaşdırmağa başlayıb.

Teleqraf xəbər verir ki, yeni dövlət başçısı Əhməd əl-Şaraa sakinləri bu “tarixi dövr” münasibətilə təbrik edib.

“Əl Hadath” telekanalının verdiyi məlumata görə, təntənəli mərasim zamanı Əhməd əl-Şaraa Suriyanın yeni Nazirlər Kabinetini “yaradıcılıq və dəyişiklik hökuməti” adlandırıb. Müvəqqəti dövlət başçısının sözlərinə görə, o, yenidənqurma işlərini həyata keçirəcək və bir sıra islahatlar aparacaq.

"Ölkəmiz daha yaxşı gələcəyə doğru yeni tarixi dövrə qədəm qoyur. Biz quruculuq və dəyişiklik hökumətinin formalaşdığını elan edirik", - Əhməd əl-Şaraa deyib.