
BAKI, 23 mart. TELEQRAF
ABŞ qüvvələri Yəmənin qərbində Ənsarulah (Husilər) hərəkatının mövqelərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Zərbələr Əl-Cəvf əyalətinin Baraqiş şəhərində husilərə məxsus silah anbarları və hərbi hissəyə endirilib. Bundan əlavə, ABŞ Marib əyalətindəki hərbi anbarlara beş avia zərbə endirib.
ABŞ qüvvələri Əl-Hodeydə əyalətində Ənsar Allah üsyançı hərəkatının husi tərəfdarlarının istifadə etdiyi iddia edilən Salif limanına da zərbələr endirib.
Qeyd edək ki, bu gün Ənsarulah (Husilər) hərəkatının dəniz qüvvələrinin komandiri Mənsur əs-Sədi ABŞ-nin Hudeydə şəhərinə endirdiyi zərbə nəticəsində yaralanıb. Məlumata görə, hadisə zamanı Əl-Sədidən başqa daha 7 nəfər xəsarət alıb.
Xatırladaq ki, ABŞ martın 16-na keçən gecə Ənsarulah (Husilər) hərəkatına qarşı gəmilərini qorumaq üçün genişmiqyaslı əməliyyata başlayıb.