
BAKI, 20 mart. TELEQRAF
PKK terror təşkilatı özünü ləğv etməli və silahlarını təhvil verməlidir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.
“Terror təşkilatı bütün uzantıları ilə fəaliyyətini dayandırmağa qərar verəcəyi qurultay tarixini gecikmədən elan etməli, özünü ləğv etməli, qeyd-şərtsiz silahları yerə qoymalı və təhvil verməlidir”, - qurum rəsmisi bildirib.
Həmçinin Aktürk vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri ölkənin birliyi və bütövlüyünə qarşı hər cür təhdidlərə, xüsusilə də İraq və Suriyada terrora qarşı qətiyyətlə mübarizəsini davam etdirir.