BAKI, 17 mart. TELEQRAF

İrana qarşı istənilən hücum sarsıdıcı cavab alacaq.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Salami bildirib.

“Mən bütün düşmənləri xəbərdar edirəm ki, İrana qarşı hər hansı təhdid sərt, qəti və sarsıdıcı cavabla nəticələnəcək”, - generel deyib.

Salaminin bəyanatı Yəməndə vəziyyətin gərginləşməsi ilə bağlı ABŞ-nin İrana qarşı təhdidlərindən sonra verilib.