Bakıda mənzildə meyit tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1944-cü il təvəllüdlü Vahabov Vaqif Vahab oğlu bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər.

V.Vahabovun cəsədi aidiyyəti üzrə təhvil verilib.