Bakıda qadını tülkü dişləyib.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından Teleqraf.com-a verilən məlumata görə, bu barədə qadın həkimə müraciət edib.
Belə ki, Bakı şəhər sakini, 42 yaşlı Yeganə Əhmədova həkimə müraciət edərək Bayıl ərazisində tülkünün onu dişlədiyini bildirib.
Yeganə Əhmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qadının vəziyyəti hazırda normaldır.