AĞDAM. 1 may. TELEQRAF
Kanal 21-in təsisçisi saxlanılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Kanal 21-in təsisçisi və baş direktoru Fərhad Quliyev saxlanılıb.
Daha sonra isə İlqar Əliyev və Rəhman Ələsgərov, eləcə də bakuxəbər.az saytının direktoru Zamiq Quluyev həbs edilib.
Onların barəsində Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri üzrə ittiham elan edilib.
Əldə etdiyimiz məlumata görə, bu şəxslər bir müddət əvvəl həbs edilən jurnalist İlhami Nəsibovun ifadəsi əsasında saxlanılıblar. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Yaxın günlərdə iş üzrə məhkəmə prosesi başlanacaq.

Fərhad Quliyev və Rəhman Ələsgərov