AĞCABƏDİ, 28 aprel. TELEQRAF
Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Qaravəlli kənd sakini 1969-cu il təvəllüdü Nağıyev Lətif Qaryağdı oğlu işə getmək üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında marşrut gözləyərkən Vəli Nüsrətli idarə etdiyi "Toyota Prius" markalı avtomobil onu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.