AĞDAŞ, 27 aprel. TELEQRAF

Ağdaşda yaşlı kişi çayxanada ölüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Ləki qəsəbəsində baş verib.

Qəsəbədə çayxanada qəfildən halı pisləşən 1958-ci il təvəllüdlü rayon sakini Rafael Əzizov huşunu itirib.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.