Füzulidə qızını qətlə yetirməkdə təqsirləndirilən Ağarəhim Niftəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cəlil Nəbiyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin martında Füzuli rayon ərazisində qeydə alınıb.

1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı qızı, 1989-cu il təvəllüdlü Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.

Istintaq orqanı tərəfindən Ağarəhim Niftəliyevun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.