Sumqayıt şəhərində avtomobil yanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər sakini Afər Quliyevə məxsus “TOFAŞ” markalı avtomobili qəsdən yanıb.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Zenalabdin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Seymur Şahverdiyev tutulub.

Hacı Zeynalov