BAKI, 18 avqust. TELEQRAF
Türkiyədə YENİ Partiyanın Qaziantepdən olan millət vəkili Melih Meriç bıçaqlı hücuma məruz qalıb.
Teleqraf Türkiyə mediasına istinadən xəbər verir ki, hadisəni keçmiş CHP Oğuzeli rayon sədri Seydi Ahmet Keleşin törətdiyi bildirilir.
Hücum nəticəsində yaralanan millət vəkili təcili olaraq Qaziantep Şəhər Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
İlkin məlumatlarda Meriçin vəziyyətinin ağır və həyati təhlükəsinin olduğu bildirilsə də, son açıqlamalara görə, əməliyyat uğurla başa çatıb və onun həyati təhlükəsi aradan qalxıb. Gaziantep valisi Kemal Çeber də millət vəkilinin səhhətinin yaxşı olduğunu açıqlayıb.
Hadisə ilə bağlı Gaziantep Respublika Baş Prokurorluğu tərəfindən cinayət işi üzrə araşdırma başlanılıb. Hücumu törətməkdə şübhəli bilinən Seydi Ahmet Keleşin saxlanılması istiqamətində tədbirlər görülür.