Şəmkirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
1971-ci il Qurban Məmmədov 1978-ci il təvəllüdlü Elşən Məmmədova bıçaq xəsarətləri yetirib. Nəticədə sonuncu sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
İlkin ehtimala görə, qətl içkinin təsiri altında baş verib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.