BAKI, 24 avqust. TELEQRAF

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə avqustun 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində, şəhər şosesində, “Red Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

1992-ci il təvəllüdlü Elvin Cəlilov idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçmək istəyən 1966-cı il təvəllüdlü Mehriban Nağıyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.