BAKI, 24 avqust. TELEQRAF
“İranın qonşu ölkələrə mümkün hücumlarının ciddi nəticələri ola bilər”.
Teleqraf xəbər verir ki, bunu İranın keçmiş vitse-prezidenti Mustafa Haşimitəba deyib.
“İranda bəzi şəxslər milli maraqlar baxımından müdafiə olunması mümkün olmayan təkliflər irəli sürürlər. Məsələn, deyirlər ki, ABŞ-yə qarşı müəyyən addımlar atmalıyıq və ya qonşu ölkələrin neft obyektlərini hədəfə almalıyıq. Qonşu ölkələr və münaqişəyə cəlb olunan digər tərəflər çuğundur yarpağı deyil, əlbəttə, belə addımlar İran üçün ağır nəticələrə səbəb ola bilər.
Əgər bu şəxslərin məqsədi ölkənin məhv olmasıdırsa, bu, başqa məsələ. Amma həqiqətən belə bir məqsədləri yoxdursa, bilməlidirlər ki, bu cür açıqlamalar ölkənin maraqlarına zərər vura bilər”, - o vurğulayıb.