BAKI, 15 avqust. TELEQRAF
İmişli rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, qəza hadisəsi ötən gecə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Tural Xəlilovun idarə etdiyi “VAZ” markalı avtomobil digər minik avtomobili ilə toqquşduqdan sonra idarəetmədən çıxaraq yoldan kənara düşüb.
Qəza nəticəsində “VAZ”ın sürücüsü xəsarət alıb, avtomobildə olan sərnişin isə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.