BAKI, 24 avqust. TELEQRAF
Bişkek şəhər məhkəməsi Qırğızıstanda dövlət çevrilişinə cəhd işi üzrə çıxarılmış hökmə dair apellyasiya şikayətinə baxılmasını avqustun 27-nə təxirə salıb. Buna səbəb təqsirləndirilən şəxslərdən biri – ictimai-siyasi xadim Bekbolot Talqarbekovun məhkəmə iclasına gəlməməsi olub.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Qırğızıstan parlamentinin keçmiş spikeri, bu iş üzrə digər təqsirləndirilən şəxs Nurlanbek Turqunbek-ulunun vəkili Latıpbek Nuralimov məlumat verib.
“Proses Talqarbekovun məhkəməyə gəlməməsi səbəbindən baş tutmadı. Bunun səbəbini deyə bilmərəm, amma vəkili məhkəmə heyətinə müvafiq sənəd təqdim edib. Bunu üzrlü səbəb hesab etdilər. Buna görə də proses təxirə salındı, çünki təqsirləndirilən şəxslərdən birinin iştirakı olmadan məhkəmə prosesini keçirmək mümkün deyil. İclas cümə axşamına təxirə salındı”, - vəkil bildirib.