BAKI, 15 avqust. TELEQRAF
Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə təhvil verilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə və Azərbaycan polisinin əməkdaşlığı çərçivəsində keçirilən birgə əməliyyat nəticəsində müəssisələrə atəş açmaqda və iş adamlarından hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Ö.A.K.-nın yeri müəyyən edilib.
İki ayrı hadisə üzrə qəsdən adam öldürmə, narkotik vasitələr və qanunsuz odlu silahlarla bağlı ittihamlarla barəsində həbs qərarı olan Ö.A.K. Bakıda saxlanılaraq Türkiyəyə gətirilib.