BAKI, 24 avqust. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, Belarus lideri mesajında Minsklə Kiyev arasında etimad, hörmət və bərabərliyə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın bərpa olunacağına əminliyini bildirib.

Lukaşenko geosiyasi dəyişikliklərə baxmayaraq, ukraynalılar və belarusluların gələcək nəsilləri arasında əbədi dostluq və ailə bağlarının qalacağını iddia edib. O vurğulayıb ki, Belarusun qapısı həmişə xoş niyyətlə gələn hər bir ukraynalı üçün açıqdır.

“Belarus və Ukrayna xalqlarının tarixi taleyi bir-biri ilə sıx bağlıdır. Xalqlarımızı əsrlər boyu davam edən ənənələr, ortaq qələbələrin və çətin sınaqların xatirəsi bağlayır”, - prezident əlavə edib.