GƏNCƏ, 21 avqust. TELEQRAF
Gəncədə 1961-ci il təvəllüdlü Musa Musayevi qətlə yetirməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 65 yaşlı M.Musayev kəsici alətlə xəsarət yetirilib. Yaralı xəstəxanaya aparılarkən ölüb.
***
20:09
Gəncədə 1961-ci il təvəllüdlü Musa Musayev qətlə yetirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə, 65 yaşlı kişi bəçaqlanaraq öldürülüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.