BAKI, 22 avqust. TELEQRAF

GƏNCƏ, 22 avqust. TELEQRAF

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin “Naxalovka” adlanan yaşayış massivində qeydə alınıb.

1991-ci il təvəllüdlü Sadiq Əsədov bıçaq xəsarəti ilə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

35 yaşlı şəxsin qonşusu tərəfindən bıçaqlandığı ehtimal edilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.