BAKI, 7 avqust. TELEQRAF
Rusiyada Azərbaycan əsilli MMA (Qarışıq Döyüş Sənəti) döyüşçüsü Fərid Yadullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Moskvanın Meşanski Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Fərid Yadullayev 3 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. Ona 4 il sınaq müddəti təyin olunub.
İttihama görə, Fərid Yadullayev bu ilin may ayında gizli üsulla 1,45 qram amfetamin əldə edib. İdmançı Rusiyada narkotik vasitə əldə etməkdə təqsirli bilinib.
Məlumata görə, idmançı bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs istintaq zamanı günahını etiraf edib və özünü təqsirli bilib.