Ağdaşda avtomobil su kanalına aşıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Ağzibir və Kotavan kəndləri arası sərt döngədə baş verib.
İdarəetmədən çıxan maşın yol kənarındakı su kanalına aşıb. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1985-ci il təvəllüdlü rayon sakini Zakirov Ramil Almurad oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.