ABŞERON, 20 avqust. TELEQRAF
Abşeron rayonunun Xırdalan şəhərində ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.
Məlumata görə, iki şəxs arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaq xəsarəti alıb.
Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hadisəni Ceyhun adlı şəxsin törətdiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin səbəbi və digər təfərrüatlar müəyyənləşdirilir.