Türkiyənin Bodrum şəhərindəki "Medusa" gecə klubunda atışma olub.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Ölənlərdən biri klubun rəhbəri Mehmet Sürensey, digəri isə müğənni Hacər Tüllüdür. Silahlılar saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.