BAKI, 24 fevral. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 23-də ümumi çəkisi 73,1 kiloqrama yaxın narkotik vasitə və 2999 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.