BAKI, 18 fevral. TELEQRAF

Fransada 2025-ci ildə 81 ton narkotik maddə müsadirə edilib ki, bu da 2024-cü illə müqayisədə 50% çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

“Euronews” xəbər verir ki, Martinikanın paytaxtı (Fransanın xarici ərazisi) Fort-de-Fransın prokuroru Yann Le Brays Karib dənizində 42 ton kokain müsadirə edildiyini bildirib.

Kokain 2023-cü ildə Fransa bazarında ən böyük gəlir gətirən narkotik maddə olub. İllik dövriyyəsi təxminən 3,1 milyard avroya çatıb.