BAKI, 4 mart. TELEQRAF

"Bölgəmizin çətin günlərdən keçdiyi bir vaxtda işi təsadüfə buraxmırıq. Baş verən bugünkü hadisədə olduğu kimi, NATO üzrə müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararır, zəruri tədbirləri görürük".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hərbçilərlə iftar süfrəsində deyib.

"Əgər bir millət olaraq bu torpaqlarda, əbədi vətənimizdə sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, çəkindirmə qabiliyyətlərimizi daim artırmalıyıq. Oxşar hadisələrin bir daha təkrarlanmaması üçün xəbərdarlıqlarımızı aydın və qəti şəkildə çatdırırıq. Ölkəmizin və xalqımızın təhlükəsizliyinin təmin olunması istiqamətində iradəmiz və imkanlarımız ən yüksək səviyyədədir" - Ərdoğan bildirib.

Xatırladaq ki, bu gün İrandan atılan raket İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanında zərərsizləşdirilib.