BAKI, 3 mart. TELEQRAF

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə martın 2-də Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu idarə etdiyi “BYD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped sürən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.