BAKI, 27 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeviçyusla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli münasibətləri, qarşıdakı səfərləri və siyasi dialoqun daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Xüsusi diqqət Aİ-Azərbaycan münasibətlərinə və Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına gələcək sədrliyinə yönəldilib.

Səfir Litvanın Aİ-Azərbaycan əməkdaşlığını gücləndirmək və irəliyə aparmaq əzmində olduğunu vurğulayıb. Görüşdə, həmçinin təhlükəsizlik vəziyyəti və Ukraynadakı durum müzakirə olunub.