BAKI, 25 may. TELEQRAF

"Biz Bakı ilə dostluq və müttəfiqlik münasibətlərimizə böyük əhəmiyyət veririk".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda qeyd olunub.

"Əminəm ki, müxtəlif sahələrdə ikitərəfli səmərəli əməkdaşlığın, həmçinin regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin birgə səylərlə daha da inkişafını təmin edə bilərik. Şübhəsiz ki, bu, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir", - Rusiya lideri qeyd edib.