BAKI, 2 mart. TELEQRAF
"Bu gün Vyana şəhərində İran və ABŞ arasında Cenevrə görüşlərinin davamı olaraq növbəti danışıqların aparılması planlaşdırılsa da, bu proses hərbi hücumla əvəzlənib".
Teleqraf xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
"Hazırda İrana qarşı hərbi hücum həyata keçirilir. Bu, artıq ölkəmizə qarşı yönələn ikinci hücumdur", - M.Dəmirçilu bildirib.
Diplomatın sözlərinə görə, artıq üç gündür davam edən hərbi hücumlar qarşısında İran beynəlxalq hüquq normalarına uyğun olaraq öz legitim müdafiə hüququnu qoruyur:
“Məhz bu məqsədlə İran tərəfi ABŞ və İsrailin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirir”.
M.Dəmirçilu vurğulayıb ki, bu əməliyyatlar digər ölkələrə qarşı yönəlməyib:
"Xüsusilə vurğulamaq istərdim ki, bu addımlar bizim qoşunlarımızın yerləşdiyi ölkələrə deyil, sadəcə ABŞ və İsrailə qarşı atılan cavab tədbiridir".