BAKI, 26 fevral. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında yazıb.

“Xocalı qətliamının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram. Qardaş Azərbaycanın acısını qəlbimizin ən dərinliyində hiss edirik.

Türkiyə "tək millət, iki dövlət" anlayışı ilə hər zaman can Azərbaycanın yanındadır”,- o qeyd edib.