BAKI, 18 noyabr. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə gərginliyin artdığı bir vaxtda Vaşinqtonla dialoq aparmağa hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Venezolana de Televisión” kanalında yayımlanan “Con Maduro+” proqramında danışıb.
“Yalnız diplomatiya və dialoq qarşılıqlı maraq doğuran mövzular üzrə anlaşma əldə etməyə imkan verir”, - Maduro vurğulayıb.
O xatırladıb ki, Venesuelanın mövqeyi 6 sentyabr 2025-ci ildə ABŞ prezidenti Donald Trampa təqdim olunmuş məktubda açıqlanıb. Maduro Venesuelanın dəyişməz prinsipinin beynəlxalq hüquqa hörmət və güc tətbiqi hədələrini qəbul etməmək olduğunu vurğulayıb.
“Müharibəyə yox, dialoqa və sülhə həmişə bəli deyirik”, - prezident bildirib.