BAKI, 6 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevin dəvətinə əsasən, oktyabrın 7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" hesabında paylaşım edib.

"Regional Sülh və Təhlükəsizlik" mövzusunda keçiriləcək zirvə çərçivəsində Təşkilatın institusional quruluşunun möhkəmləndirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin, Qəbələ Bəyannaməsi də daxil olmaqla bir sıra sənəd və qərarların qəbul edilməsi gözlənilir. Zirvə çərçivəsində Prezident Ərdoğanın Dövlət Başçıları Şurasının iclasında iştirak etməsi və digər dövlət və hökumət başçıları ilə görüşlər keçirməsi planlaşdırılır", - paylaşımda deyilir.