BAKI, 23 aprel. TELEQRAF
Çin və Azərbaycan Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin aprelin 23-də Pekində imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da əksini tapıb.
“Tərəflər Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyirlər. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Tərəflər beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləyir, Xarici İşlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr keçirmək əzmindədirlər”, - bəyanatda vurğulanır.