BAKI, 23 aprel. TELEQRAF

Azərbaycan və Çin arasında viza rejiminin ləğv olunmasına dair sənəd imzalanıb.

Teleqraf xəbər verir ki, sənədin imzalanması Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində baş tutub.

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və çinli həmkarı Van İ tərəfindən imzalanıb.