BAKI, 22 aprel. TELEQRAF

Ukraynanın Azərbaycandaki səfiri Yuriy Qusyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə səfir “X” hesabında paylaşım edib.

“Bugün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev ilə məhsuldar görüş keçirilib. Görüşdə sosial siyasət sahəsində əməkdaşlığın gücləndirilməsi, uşaqlar və veteranlar üçün reabilitasiya tədbirlərinin təkmilləşdirilməsi və çətin dövrlərdə qarşılıqlı dəstəyin artırılması məsələləri müzakirə edilib”,- paylaşımda deyilir.