BAKI, 20 may. TELEQRAF

"Bütün icmalar üzrə mənzilin əlçatan, iqlimə davamlı, enerji səmərəli və eyni zamanda ekoloji baxımdan dayanıqlı olmasını təmin etməliyik".

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən “The Climate-Housing Nexus“ mövzusunda tədbirdəki çıxışında bildirib.

O qeyd edib ki, xüsusilə sosial kontekstdə buna imkanı çatanlar və çatmayanlar var:

“Əsas məqsədimiz isə cəmiyyətin bütün təbəqələri üçün mənzilin əlçatan olmasını təmin etməkdir.

Eyni zamanda, tikinti materiallarının da ekoloji cəhətdən dayanıqlı və iqlimə davamlı olmasını təmin etməliyik. Çünki bilirik ki, dünyada 2,8 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır, 1,8 milyard insan isə qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda məskunlaşıb”.