Burada müxtəlif ölkələrin pavilyonlarını gəzib və məmnun qalmışam.
Teleqraf xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında deyib.
WUF13-ün yüksək səviyyədə təşkili münasibəti ilə Azərbaycanı təbrik edirəm. BƏƏ ilə şəhərsalma ilə bir sıra danışıqlar apardıq. Görüşlər faydalı keçdi. WUF13-də atılacaq addımları da COP31 çərçivəsində bir daha müzakirə edəcəyik.
O, bildirib ki, Türkiyə Azərbaycan münasibətləri sürətlə inkişaf etməkdə və möhkəmlənməkdədir:
"Türkiyə və Azərbaycan liderlərinin iki ölkənin siyasəti baxımından aldığı qərarlar həm ayrı ayrılıqda həm də hər iki ölkəni inkişafa aparır. Güclərimizi daha da artırmağı hədəfləmişik".