BAKI, 12 may. TELEQRAF

Səudiyyə Ərəbistanının Bakıda keçiriləcək "Ümumdünya Şəhərsalma Forumu"nda (WUF13) yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması ölkələr arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli Səudiyyə Xəbər Agentliyinə (SPA) açıqlamasında bildirib.

Onun sözlərinə görə, forum Səudiyyə Ərəbistanı Krallığın "Saudi Vision 2030" hədəfləri çərçivəsində şəhərsalma, infrastrukturun inkişafı və həyat keyfiyyətinin yüksəldilməsi sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün mühüm platformadır:

"Bu forum dayanıqlı şəhərsalma və mənzil problemlərinin həlli istiqamətində dünyanın ən mühüm tədbirlərindən biridir. Hökumətləri, beynəlxalq təşkilatları və ekspertləri bir araya gətirən bu platforma qlobal təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir".

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.