BAKI, 12 may. TELEQRAF

Azərbaycan sülhü sadəcə şüar kimi səsləndirmir, bunun arxasında əməl dayanır.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda təşkil edilən dəyirmi masada deyib.

O bildirib ki, belə şəraitdə medianın üzərinə də böyük məsuliyyət düşür.

"Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Sülhü təbliğ etmək medianın əsas prinsipi olmalıdır. Biz bu funksiyanı peşəkarlıqla yerinə yetirəcəyik", - o vurğulayıb.