LƏNKƏRAN, 12 may. TELEQRAF

Lənkəranda İran vətəndaşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Şiləvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Səhəd Dədəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil dönmə əməliyyatı edərkən, arxadan gələn İran İslam Respublikası vətəndaşı Yasir Əzizadənin idarə etdiyi “Volvo” markalı yük avtomobili ona çırpılıb.

Zərbənin təsirindən idarəetmədən çıxan “VAZ-2107” daha sonra Əli Ramazanovun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə çırpılıb və yol kənarındakı dirəyə dəyərək dayanıb.

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü diz və burun nahiyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq.