BAKI, 8 may. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana reallaşdırdığı tarixi səfəri zamanı rəsmi Bakının nümayiş etdirdiyi həmrəyliyə və göstərilən humanitar yardımlara görə minnətdarlığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz müəllif yazısında qeyd edib.
O bildirib ki, Ukrayna dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevə və müharibənin dəhşətlərini yaxşı bilən Azərbaycan xalqına Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən ardıcıl mövqe və səmimi dəstəyə görə təşəkkürünü çatdırıb:
“V. Zelenski xüsusilə Azərbaycan tərəfindən təqdim olunan 11 enerji paketi və humanitar missiyaların əhəmiyyətini önə çəkib”.