BAKI, 12 may. TELEQRAF
“Yuventus”dakı çıxışı ilə diqqətləri üzərinə çəkən Kenan Yıldızla bağlı yeni iddia ortaya atılıb.
Teleqraf “Tuttosport” nəşrinə istinadla xəbər verir ki, “Real Madrid” Türkiyə millisinin futbolçusunu yaxından izləyir.
Məlumata görə, Madrid klubu 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə bağlı uzunmüddətli plan qurur. “Yuventus”un yay transfer pəncərəsində gənc ulduzunu satmağa isti yanaşmadığı bildirilir.
Buna baxmayaraq, “Real”ın Kenan Yıldızın karyera planlarını diqqətdə saxladığı və gələcəkdə mümkün transfer üçün vəziyyəti izlədiyi qeyd olunur.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində 46 rəsmi oyuna çıxıb, 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.