BAKI, 12 may. TELEQRAF
İraq qaz kondensatı ixracını bərpa edərək yenidən dünya bazarına tədarükə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.
“Basra Gas Company” qaz kondensatının yüklənməsi və ixrac əməliyyatlarını bərpa edib”, – nazir müavini İzzət İsmail deyib.
O bildirib ki, ölkənin cənubundakı limanlardan tankerə 50 min kubmetr kondensat yüklənib və tanker bu gün limanı tərk edib.
Qeyd edək ki, ölkənin qaz kondensatı ixracı Fars körfəzi bölgəsindəki hərbi münaqişə və regionda gəmiçiliklə bağlı problemlər səbəbindən dayandırılmışdı.