BAKI, 10 may. TELEQRAF
İran tərəfi Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı insidentin araşdırılacağını Azərbaycana vəd edib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Naxçıvana dron hücumu baş verərkən Azərbaycan dərhal reaksiya verib.
O bildirib ki, həmin hadisədən sonra İran Prezidentinin Azərbaycan Prezidenti ilə telefon danışığı baş tutub:
"Bir neçə dəfə mənim İranın xarici işlər naziri ilə telefon danışıqlarım olub. İran tərəfinin yanaşması ondan ibarətdir ki, bu dronlar onlar tərəfindən atılmayıb. Burada üçüncü ölkələr tərəfindən törədilən təxribatdır. Bu məsələnin ciddi araşdırılması barədə bizə ciddi vədd veriblər. Məsələnin ilkin mərhələsi belədir".