BAKI, 17 noyabr. TELEQRAF

Bu ilin sonuna qədər Azərbaycana səfər edən Çin turistlərinin sayında yeni rekord gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən "China Visitors Summit" tədbirində bildirib.

"2024-cü il ərzində Çindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2023-cü il ərzində səyahət edənlərlə müqayisədə 94% artaraq 44 798 nəfərə çatıb. Cari ilin yanvar-oktyabr ayları ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayı isə 57 000 nəfərdən çox olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 49% artım deməkdir."-deyə o qeyd edib.

Səfir vurğulayıb ki, artım tempi nəzərə alınarsa, ilin sonuna qədər Çin turistlərinin sayında yeni rekord gözlənilir.