Əmimi görməsəm də, o, mənim xatirəmdə həmişə yaşayıb.
Teleqraf xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Akif Qurbanovun qardaşı oğlu Ələsgər Qurbanov deyib.
"Xalqımızın köməyilə, Prezidentimizin dəstəyilə, şükürlər olsun ki, işğalda olan torpaqlarımızın hamısını düşməndən azad eləmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şükürlər olsun ki, torpağımız düşmən tapdağından xilas olub.
Mən özüm 44 günlük Vətən müharibəsi iştirakçısı olmuşam. Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə qanımız, canımız bahasına döyüşmüşük. Elə çətin vəziyyətlərə düşmüşük, amma geri addım atmamışıq.
Mən əmimi görməmişəm, amma onun barəsində danışılanlar əsasında təsəvvürüm var. O, həmişə mənim xatirəmdə yaşayıb", - deyə Ələsgər Qurbanov əlavə edib.